Böyrəklərin müxtəlif təbii yollarla təmizlənməsi
10.03.2021 17:30

Böyrəklərin fəaliyyəti orqanizmdə maye şəklində olan maddələri süzməkdən ibarətdir. Böyrəklərin fəaliyyəti zamanı böyrəklərdə toksinlər, duzlar və daşlar yığılıb qala bilir. Bu səbəbdən də vaxtaşırı böyrəklərin detoksiyasiyası, müalicəsi və müayinəsi vacib sayılır.

 

Aztibb.az böyrəkləri ev şəraitində asanlıqla təmizləməyin yollarını təqdim edir:

 

Bir dəstə cəfərini təmiz yuyub şirəli qazana qoyun və üzərini örtəcək qədər su əlavə edin. Qazanı odun üstünə qoyun və qaynayana qədər gözləyin. Cəfəri zəif odun üstündə 10 dəqiqədən artıq qaynamamalıdır. Dəmləməni soyumağa qoyun və gündə ən azı 1 stəkan için.


Mütəxəssislər bu müalicəyə başlamazdan əvvəl böyrəklərində daş olan xəstələri mütləq həkimləri ilə məsləhətləşməyi tövsiyə edir. Dəmləmədən gün ərzində istədiyiniz qədər içə bilərsiniz.

 

Bildirilir ki, müalicəni ayda 2 dəfə 7 gün olmaq şərti ilə təkrarlasanız bir neçə ay ərzində böyrəkləriniz tamamilə təmizlənmiş olacaq. Müalicə aybaşı ağrılarının da aradan qalxmasına yardım edir.

 

Bu müalicə təbii olmaqla yanaşı, həm də təhlükəsiz sayılır, amma, hamilələrə dəmləmədən çox qəbul etməyə icazə verilmir.

 

Cəfəri dəmləməsindən başqa çoxlu qarpız yemək, limonlu su içmək də böyrəkləri təmizləyən təbii vasitələrdən hesab edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama