Saçları ağarmış kişilərdə ən çox rast gəlinən XƏSTƏLİK - ARAŞDIRMA
10.03.2021 17:20
Saçları ağarmış kişilərdə ürək xəstəliklərinə daha çox rast gəlinir. Misirin həkimləri ürək-damar xəstələri üzərində apardıqları araşdırmalardan sonra belə qərara gəliblər.
 
Aztibb.az xəbər verir ki,  bunu araşdırmaya rəhbərlik edən kardioloq İrini Samuel deyib.
 
O, bildirib ki, araşdırmada şəkərli diabet xəstəliyi və pis vərdişləri olmayan 545 kişi iştirak edib. İştirak edənlərin hamısının analizləri müayinə edilib, tomoqrafiyaları və angioqrafiyaları çəkilib. 
 
Araşdırmaların nəticəsi saçlarının çox hissəsi ağarmış kişilərin ürək-qan damar sistemində koronar çatışmazlıq olduğunu, erkən yaşlarından saçlarında ağ tüklər əmələ gələn kişilərin isə daha çox risk altında olduğunu sübut edib.
 
Tədqiqat nəticəsində saçların ağarmasının DNT-də baş verən zədələnmələr, orqanizmdə baş verən iltihabi proseslər və hormonal dəyişikliklərlə əlaqədar olduğu sübut edilib.
 
Mütəxəssislər ağ saçı çox olan kişilərə öz sağlamlıqlarına xüsusi diqqət göstərməyi, mütəmadi olaraq kardioloq müayinəsinə getməyi tövsiyə edib.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti