Qusarda bu günədək 3279 nəfər peyvənd olunub
10.03.2021 10:50

Qusar Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi ümumilikdə, 3 min 279 vətəndaş COVID-19 infeksiyasına qarşı peyvənd olunub.

 

Xəstəxananın şöbə müdiri Natəvan Butayevanın sözlərinə görə, ilkin mərhələdə könüllülük əsasında 487 tibb işçisi peyvənd edilib. Səhiyyə işçilərinə artıq peyvəndin ikinci dozası da vurulub.

 

Peyvənd olunanlar arasında 65 yaşdan yuxarı 1240 nəfər, 50-65 yaş arası 1526 nəfər, 50 yaşdan aşağı isə 513 nəfər təşkil edir.

 

Natəvan Butayeva bildirib ki, xəstəxanadakı vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.

 

Xəstəxanalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər