Vaksinlərdən imtina edənlər bu təhlükə ilə üz-üzədir - XƏBƏRDARLIQ
10.03.2021 09:05
Dünyada COVID-19-a yoluxanların sayı 116,52 milyon nəfəri ötüb. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 589 548 insan ölüb. Son 24 saat ərzində infeksiyaya yoluxanların 45 faizindən çoxu Şimali və Cənubi Amerika (162 882), daha sonra Avropada (117 265), ardından isə Cənub-Şərqi Asiyada (33 285) qeydə alınıb.
Dünyada ən çox yoluxma halı ABŞ (28 659 480), Hindistan (11 229 398), Braziliyada (10 938 836) və Rusiyada (4 333 029) qeydə alınıb.
Bu arada Böyük Britaniyada da vəziyyət ürəkaçan deyil. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 223 232 nəfəri ötüb. Bildirilir ki, ötən sutka koronavirusdan daha 65 nəfər, hazırkı dövrədək isə 124 566 nəfər vəfat edib.
Azərbaycanda isə koronavirusa yoluxanların sayı çox olmasa da, son günlər statistik rəqəmlərdəki artımlar narahatlığa səbəb olub. Bu səbəbdən Novruz bayramında sərt karantin rejiminin tətbiq olunacağı barədə fikirlər də səsləndirilir. Mütəxəssislər isə virusla mübarizədə yeganə çıxış yolunu vaksinlərin tətbiqində görürlər. Hazırda ölkəmizdə vaksinasiya prosesi respublikamızın bütün rayonlarında davam etdirilir. Martın 8-nə olan məlumata görə, Azərbaycanda 3483 nəfər koronavirus infeksiyasına qarşı vaksin olunub. Yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 411 min 496 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
Bununla belə, hazırda vaksinasiyadan imtina edənlər də az deyil. Aparılan təbliğat işlərinə baxmayaraq peyvəndin yan təsirlərinin olacağından ehtiyat edən insanlar var. Bəziləri xəstəlikləri olduğu üçün imtina etdiklərini deyirlər. Əsasən də şəkərli diabeti olanlar vaksin olunmaqda tərəddüd edirlər.
Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə bildirib ki, təkcə COVID-19 vaksini yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır.
Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir. Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir. Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür".
Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi isə qeyd edib ki, şəkərli diabet xəstələri üçün koronavirus təhlükəlidir, amma qarşısı alına bilər: "Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi normal keçir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələrində xəstəlik daha ağır fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diyabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir”.
Həkim onu da qeyd edib ki, şəkər xəstələrinə COVID-19 vaksini vurula bilər: "Ən çox verilən suallardan biri də budur. Əlbəttə, şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır”.
Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov isə bildirib ki, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitet əldə etmək olur: "COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. Digər infeksion xəstəliklərdə olduğu kimi, bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu, ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır. İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək tövsiyələr isə illik qrip peyvəndi də daxil olmaqla, vaksinasiya cədvəlinə laqeyd yanaşmamaqdır. Eləcə də qida maddələrinin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stressdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir.
Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.
Bu bölməyə aid digər xəbərlər
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
Alimlər təsdiqləyiblər: COVID-19 orqanizmdə "yatmış" virusları yenidən aktivləşdirə bilər
06.08.2026 | 10:20
Konqoda Ebola epidemiyası dünyada ikinci ən böyük ocağa çevrilib
03.08.2026 | 12:17
COVID-19 ölümlərinin səbəblərini göstərən "ölüm xəritəsi" hazırlanıb
25.07.2026 | 11:26
Alimlər COVID-19-un hətta yüngül keçirdikdən sonra belə sinirləri necə zədələdiyini müəyyən ediblər
21.07.2026 | 11:31
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
05.09.2026 | 08:46
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
04.09.2026 | 11:42
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
03.09.2026 | 14:18
Anestezioloq-reanimatoloq Emil Muradov - "Həkimlərimizi tanıyaq!" rubrikası
31.08.2026 | 17:25
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
01.09.2026 | 16:49
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
01.09.2026 | 13:50
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
02.09.2026 | 13:50
Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib
09.09.2026 | 16:33
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
02.09.2026 | 11:07
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
02.09.2026 | 09:26
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
03.09.2026 | 09:00
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
02.09.2026 | 14:44
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
04.09.2026 | 09:51
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
02.09.2026 | 10:29
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
03.09.2026 | 10:05

