“Sputnik V”nin Avropada ilk kütləvi istehsalı bu ölkədə həyata keçiriləcək
09.03.2021 17:15

Rusiyanın “Sputnik V” peyvəndinin Avropada ilk kütləvi istehsal müəssisəsi İtaliyada qurulacaq.

 

Xarici KİV-in məlumatına görə, peyvəndin marketinqini həyata keçirən Rusiya Birbaşa İnvestisiyalar Fondu və İsveçrədə qeydiyyatda olan “Adienne” əczaçılıq şirkəti arasında bu barədə razılaşma imzalanıb. İtaliya-Rusiya Ticarət Palatasının yaydığı məlumata görə, bu razılaşma ilə də Avropada “Sputnik V” istehsalı üçün ilk müəssisənin təməli qoyulub və istehsalata iyun ayında start veriləcək. Palatanın prezidenti Vinçenzo Trani bu razılaşmanı tarixi sənəd adlandırıb və İtaliya şirkətlərinin siyasi gərginliklərin fövqündə durmağı bacardıqlarını yüksək qiymətləndirib.

 

Məlumatda, həmçinin qeyd edilir ki, bu ilin sonunadək İtaliyada “Sputnik V” peyvəndinin 10 milyon dozası istehsal olunmalıdır. Avropa İttifaqı səviyyəsində bu peyvənd üçün hələlik birbaşa icazə prosesi davam etsə də, artıq Macarıstanda milli icazə əsasında peyvənddən istifadə edilir, Çexiya tərəfi də danışıqlar mərhələsindədir.

 

İtaliya ilə yanaşı Avstriyanın da “Sputnik V” peyvəndinin alınması və ölkədə istehsalı ilə bağlı danışıqlar apardığı mətbuatda əksini tapıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər