Alimlərdən yazda koronavirusun yayılma təhlükəsi barədə XƏBƏRDARLIQ  
09.03.2021 16:28

Alimlər SARS-CoV-2 virusuna yoluxma səviyyəsi ilə havadakı çiçək tozu konsentrasiyası arasında əlaqə aşkarlayıb.

 

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmanın müəllifləri bu qənaətə gəliblər.

 

Beynəlxalq COVID-19/POLLEN layihəsinin tədqiqatçıları çiçək tozunun insanın SARS-CoV-2 virusuna qarşı həssaslığına təsirini araşdırıblar.

 

Məlumdur ki, Şimal yarımkürəsində hər baharda müşahidə olunan bitkilərdən mövsümi çiçək tozu tullantıları respirator viruslara yoluxmanın pik həddi ilə üst-üstə düşür. Müəlliflər bu qaydanın yeni koronavirusa - SARS-CoV-2 virusuna da aid olduğunu güman edirlər.

 

“Tozcuqların təsiri antiviral interferon reaksiyasını azaldaraq bəzi mövsümi tənəffüs viruslarına qarşı immuniteti zəiflədir. Biz eyni halın antiviral interferonlara həssas olan SARS-CoV-2-yə də aid olub-olmadığını tədqiq etdik”, - məqalənin müəllifləri yazıb.

 

Alimlər beş qitənin 31 ölkəsindəki 130 regionda havadakı çiçək tozu konsentrasiyası səviyyəsi ilə SARS-CoV-2-yə yoluxma göstəriciləri arasında kros-sahəvi və uzunmüddətli təhlillər aparıblar. Təhlildə, həmçinin havanın orta tempraturu, rütubət, əhalinin sıxlığı və təcrid statusu kimi ekoloji və demoqrafik amillər də nəzərə alınıb.

 

Müəlliflər havadakı tozcuqların öz-özünə və ya istilik və rütubət ilə birlikdə yolxuma tezliyinin dəyişkənliyinin təxminən 44%-nə görə məsul olduğunu müəyyənləşdirib. Gündəlik yoluxma səviyyələri hər yerdə havadakı tozcuqların miqdarı ilə korrelyasiya edib, lakin təcrid rejiminin qüvvədə olduğu ölkələrdə analoji tozcuq konsentrasiyasında yoluxma səviyyəsi karantin tətbiq etməyən ölkələrə nisbətən iki dəfə az olub.

 

Tədqiqatçılar çiçək tozunun təsirinin insanları, tozcuqlara qarşı allergiyası olub-olmamasından asılı olmayaraq, COVID-19-a qarşı daha həssas etdiyini vurğulayıblar. Bununla belə, tozcuq hissəcikləri özləri virus daşıyıcısı deyil, sadəcə infeksiyaya həssaslığı artırır.

 

Təhlil göstərib ki, çiçək tozlarının xüsusilə çox yarandığı günlərində yoluxma sayı 10-30% artıb. Bu mənada alimlər yazda tozcuqları filtrasiya etmək üçün tibbi maskadan istifadə etməyi tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər