Dövlət qurumları peyvənddən sonra iflic və ölüm iddiaları ilə bağlı açıqlama verib
09.03.2021 11:30

Son günlər sosial şəbəkələrdə koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd olunan şəxslər arasında kənar təsirlər, hətta ölüm hallarının olması ilə bağlı məlumatlar yayılıb. Yaxınlarının “CoronaVac” peyvəndindən sonra halının pisləşdiyini, iflic olduğunu, hətta vəfat etdiyini iddia edən şəxslər var.

 

TƏBİB-dən bildirilib ki, regionlarda peyvəndlənən şəxslər arasında vaksinin əks təsiri ilə bağlı hər hansı məlumat daxil olmayıb.

 

Paytaxt üzrə peyvəndlənmə prosesini təşkil edən Səhiyyə Nazirliyi də həmin məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:

 

“Son günlər sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd edilən vətəndaşların iflic olması, hətta ölməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və keçirilən peyvənd kampaniyasına qarşı atılan addımdır”. 

 

Nazirlikdən həmçinin bildirilib ki, təkcə COVID-19-a qarşı vaksin yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır:

 

“Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Nəzərinizə çatdırırıq ki, bu zamana qədər hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.

 

Qeyd edək ki, ölkə əhalisinin COVID-19 əleyhinə peyvəndlənməsinə bu il yanvar ayının 18-dən etibarən başlanılıb. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər