Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
07.03.2021 23:06

Avstriyada yeni növ koronavirusa (COVID-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə bu gün Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb.

 

Bildirilib ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır.  Avstriya Federal Nəzarət Xidməti bildirib ki, hazırda baş verən hər iki halın vaksinlə əlaqədar olduğu dəqiq bilinmir: “Müvafiq ekspertlərin iştirakı ilə araşdırma aparılır. Ehtiyat tədbiri olaraq vaksinin bu partiyasından istifadə edilməyəcək”.

 

Qeyd edək ki, martın 2-də Avstriya Federal Nəzarət Xidməti “Pfizer-BioNTech” vaksinin vurulmasından sonra 41 ölümün qeydə alındığını, ancaq bu ölümlərin vaksinlə əlaqəsinin müəyyənləşmədiyini açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub