Çin iyunadək əhalinin 40 faizinə peyvənd vurmağı hədəfləyib
07.03.2021 09:47

Çin hökuməti iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.

 

Çin mətbuatı xəbər verir ki, bu, ölkədə əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası proqramının fevralın sonlarında başlayan ikinci mərhələsinin icrası sayəsində mümkün olacaq. Proqrama uyğun olaraq, ilk mərhələdə tibb işçilərinə, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və digər şəxslərə peyvənd vurulub. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunublar.

 

Könüllülük prinsipi əsasında aparılan ikinci mərhələ vaksinasiya prosesinin icrası üçün yaşayış zonalarında səyyar məntəqələr quraşdırılıb. Məntəqələrdə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. Hər məntəqədə gündə orta hesabla 20 min nəfər peyvəndlənir. Peyvənd olunmaq istəyən 19-59 yaşlarındakı sakinlər əvvəlcədən “Wechat” sosial şəbəkəsi vasitəsilə qeydiyyatdan keçməli və növbəyə yazılmalıdırlar.

 

Qeyd edək ki, Çində COVID-19 virusu əleyhinə dekabrda başlayan vaksinasiya proqramı çərçivəsində indiyədək ölkə əhalisinin 3,56 faizi peyvəndlənib. Vaksinasiyada Çinin “Sinopharm” və “Sinovac” şirkətlərinin peyvəndlərindən istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər