Gürcüstanın baş infeksionisti: “Azərbaycan koronavirusla mübarizədə mühüm işlər görür”
06.03.2021 15:03

“Azərbaycan, Türkiyə və digər ölkələr koronavirusa qarşı mübarizə sahəsində mühüm işlər görürlər. Gürcüstan bu ölkələrdə görülən tədbirlərə həsəd aparırsa, o zaman Çin vaksinindən imtina etməməlidir”.

 

Aztibb.az xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze ölkədə koronavirusa qarşı peyvəndin gecikməsi ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, ölkə rəhbərliyi Çin peyvəndini çoxdan tətbiq edə bilərdi. Lakin hökumət ekspertlərin tövsiyə və rəylərini nəzərə alaraq bunu etmədi. Bu gün isə yenə də biz Çin peyvəndinin alınmasının mümkünlüyünü nəzərdən keçiririk.

 

“Bizə qonşu ölkələr pandemiyaya qarşı mübarizə çərçivəsində bütün mümkün tədbirləri görürlər. Biz isə gözləmə mövqeyindəyik. Yaxşı olar ki, bizdə konkret qərar verək”, – deyə, T.Tsertvadze vurğulayıb.

 

Qeyd edək ki, Gürcüstanda koronavirusa qarşı vaksinasiya ilə bağlı qalmaqal daha da artır. Ölkəyə peyvəndin bu günə qədər çatdırılmamasına görə səhiyyə ekspertləri, siyasi partiyalar və ictimai fəallar Gürcüstan hökumətini tənqid edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər