Ev şəraitində soyuqdəymədən XİLAS YOLLARI
05.03.2021 21:14

Burun tıxanıqlığından əziyyət çəkirsinizsə, həkimə müraciət etmədən ev şəraitində soyuqdəymədən xilas olmaq üçün istənilən aptekdən reseptsiz əldə edilən soyuqdəymə dərmanları alıb istifadə edə bilərsiniz. 

 

Bu dərmanlar damcı və ya sprey şəklində mövcuddur və əsas aktiv maddə tərkibi ilə fərqlənirlər.

 

Ksilometazolin

 

Bütün bu damcılar və spreylər təsirli şəkildə kömək edir, burununn selikli qişasının şişməsi və iltihabını tez bir zamanda aradan qaldırır və 8 saata qədər nəfəs almağı asanlaşdırır.

 

Qeyd edək ki, bu cür dərmanların 5-7 gündən çox müddətdə istifadəsi məsləhət görülmür. Çünki asılılıq yarada bilər.

 

Buxar inhalyasiyası

 

Buxar inhalyasiyası evdə soyuqdəymə və burun axıntısının ilk simptomlarından qurtulmağa kömək edir. Dərman bitkilərinin qarışığından çıxan isti buxar nazofarenksin ən uzaq guşələrinə nüfuz edir, bəlğəmin təmizlənməsini asanlaşdırır, allergiyanı aradan qaldırır, boğazı və bronxları yumşaldır, zəifləyən öskürəyi götürür, immunitet sistemini gücləndirir və ümumi vəziyyəti yaxşılaşdırır.

 

Çobanyastığı

 

Çobanyastığı ilə buxar inhalyasiyası da effektli təsir göstərir. Yeməkdən ən azı bir saat sonra inhalyasiya edilməlidir. Buxar yavaş-yavaş və dərindən nəfəsə çəkilməli, üstü dəsmal ilə örtülməlidir. Prosedurdan sonra ən azı 2-3 saat çölə çıxmamağınız məsləhətdir.

 

Xardal

 

Ayaqların xardal vannasına qoyulması da effektli vasitədir. Qədim zamanlardan soyuqlamanın ilk simptomlarında nənələrimiz bu metoddan istifadə edib.

 

Qeyd edək ki, isti su qan dövranını yaxşılaşdırır və xardal qızışdırıcı təsirə malik olduğundan bunu daha da artırır, güclü antibakterial təsir göstərir. 30 dəqiqədən artıq vanna qəbul edilməsi məsləhət görülmür. 

 

Bu proseduru 5 yaşdan yuxarı uşaqlara da tətbiq etmək olar. Prosedur 10 dəqiqədən çox davam etməməlidir. Daha sonra isə uşaq dərhal yatmalıdır.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər