Diyabetik ayaq yarası sağalmış xəstələr hansı rəngdə corab geyinməlidir? - Fleboloq-cərrahdan AÇIQLAMA
05.03.2021 14:49

"Diabetik xəstələrdə yaraların əmələ gəlməsinin əsas səbəbi hissiyyatsızlıqdır. Ayaqqabı sıxması, kiçik daşın batması, spirtin dərini yandırması və sair kimi hallarda ağrı hissini digər insanlardan daha zəif hiss edirlər".

 

Bunu Aztibb.az-a açıqlamasında cərrah-fleboloq İsmayıl Əsgərov deyib.

 

Onun sözlərinə görə, sağalmış diabetik xəstələrin sonradan daha ağır problem yaşamaması üçün tövsiyə edilən corabları geyinmələri məsləhətdir.

 

"Belə xəstələr kiçik travmaları hiss etmirlər. 80% hallarda böyük yaralar, qanqrenalar bu səbəbdən yaranır. Sağalmış, sonradan təkrarlanan diabetik ayaq yaraları da adətən hissiyyatsızlığa görə əmələ gəlir.

 

Xəstə gəzdiyi zaman ayaqda bir hissəyə daha çox, o biri sahəyə daha az yük düşür. Sonradan döyənək, suluq şəklində təzahür edir. Ağrı hissi azaldığından zədələnmənin olduğu, yaranın əmələ gəldiyi ilk vaxtlar dəridən çıxan qanı, qırmızı-sarımtıl "suyu" görməzlər. Yekunda yara daha da irəliləyir, infeksiyalaşır və xəstələr gecikmiş halda müraciət edir. Bu xəstələrə ağ rəngli, əsasən pambıq tərkibli, boyun hissəsi baldırı sıxmayan corablar məsləhət görülür".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama