Hamilələr üçün mühüm KƏŞF - Qan uyğunsuzluğunu 10 dəqiqədə müəyyən edən TEST hazırlandı
04.03.2021 18:19

Hamiləlik dövründə qan uyğunsuzluğunu 10 dəqiqədə aşkar edən test hazırlanıb.

 

Aztibb.az Mediamagazin.com.tr-yə istinadən xəbər verir ki,  bu test professor Levent Kayrın və dossent-həkim Umut Kökbaş tərəfindən işlənilib.


Məlumatda bildirilib ki, hazırlanan test sarılıq, anemiya, beyin zədələnməsi, ürək çatışmazlığı və hətta müalicə olunmazsa ölümə səbəb ola biləcək Rh qan uyğunsuzluğunu aşkar etmək üçün sürətli və etibarlı üsuldur.

 

Əgər ananın qan qrupu Rh mənfi, körpənin isə Rh pozitivdirsə riskli vəziyyətdir. Hamiləlik dövründə ananın qanına keçən körpəyə aid olan Rh-pozitiv qan hüceyrələri ananın immunitet sistemini stimullaşdırır, ananın bədəni bu hüceyrələri təhlükə olaraq görür və antikorlar meydana gətirir.

 

Professor Levent Kayrın bu antikorların körpənin qan hüceyrələrini parçalayaraq ciddi bir təhlükə yaratdığını bildirib:

 

"Ananın qan qrupu Rh mənfi, ata Rh müsbətdirsə, körpə ilə ana arasında qan uyğunsuzluğunun olub-olmadığını müəyyənləşdirmək çox vacibdir. Rh uyğunsuzluğu riski olan hamiləliklərdə Rh təyini günümüzdə çox vaxt aparan və bahalı bir metoddur. Gələcək analara hamiləliyin 28-ci həftəsində və doğuşdan sonra 72 saat ərzində qan uyğunsuzluğu inyeksiya edilir. Bu zaman ərzində anada qan uyğunsuzluğu riskinin yaratdığı narahatlıq və stres hamiləliyə mənfi təsir edə bilər.

 

Yeni test üsulu ilə isə hamiləliyin 8-ci həftəsində qan uyğunsuzluğunun olub-olmamasını təyin etmək mümkündür".

 

Professor bildirib ki, test nəticəsində körpənin qan qrupu mənfi Rh olaraq aşkarlanarsa, deməli, ana ilə körpə arasında qan uyğunsuzluğu yoxdur:

 

"Hamiləlik baxımından heç bir risk daşımayan bu vəziyyətdə anaya qan uyğunsuzluğu inyeksiya edilməsinə ehtiyac olmur, əlavə müalicə tələb olunmur. Əgər körpənin qan qrupunun Rh pozitiv olduğu aşkar edilərsə, deməli, ana ilə körpə arasında qan uyğunsuzluğu riski var və körpəni qorumaq üçün qan uyğunsuzluğu inyeksiya edilməlidir. Hamiləlik çox daha yaxından izlənilməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama