COVID-19 qasırğasının qarşısını necə ala bilərik? - Həkim-infeksionist 
04.03.2021 15:42
Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında “COVID-19 qasırğasının qarşısını necə ala bilərik?” sualını cavablandırıb:
 
"Müşahidələr yoluxma sayındakı artımı göstərir. Aşağıdakı səbəblərlə bağlı yeni bir "COVID-19 qasırğası" ilə qarşılaşa bilərik:
 
- Virus mutasiyası;
- Peyvəndləmədə gecikmə;
- Təkrar yoluxmanın mümkünlüyü;
- Qaydalara ciddi riayət edilməməsi".
 
Həkimin sözlərinə görə, COVID-19 qasırğasının qarşısını almaq üçün ən önəmli yol peyvəndləmədir. Nəticə əldə etmək üçün cəmiyyətin 65-70%-i peyvənd olunmalıdır. Peyvəndləmənin bu səviyyəyə çatmasına qədər virusdan qorunmada ən effektiv yol qaydalara ciddi riayət edilməsidir. Bu qaydalar isə əl və tənəffüs gigiyenası, sosial məsafə (1.5-2 metr) və maska taxmaqdır. Tünlük, yaxşı havalandırılmayan yerdə 15 dəqiqədən daha artıq qalacaqsınızsa, ikiqat maska taxılması tövsiyə olunur.
 
Peyvəndləmə mutasiyaların yayılmasının qarşısını ala bilərmi? Mutant viruslar daha yoluxucudur, daha çox xəstəxana müalicəsinə və ölümə səbəb olur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, peyvəndləmə Ro göstəricisini aşağı saldığı üçün yoluxuculuq azalır və mutant virusların ortaya çıxma ehtimalı aşağı düşür. Hazırda ölkəmizdə istifadə olunan "CoronaVAC" peyvəndinin koronavirusun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı effektli olduğu göstərilmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər