Qanı duruldan TƏBİİ VASİTƏLƏR
05.03.2021 09:19

Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir.

 

Aztibb.az xəbər verir ki, qan normadan çox duru olanda qanaxmaya meyillilik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qara ciyər cavabdehdir, ona görə də laxtalanma problemləri olan xəstələr qara ciyəri də müalicə etdirməyi yaddan çıxarmamalıdırlar.

 

Qanı durulaşdırmağa qidalardan başlamaq lazımdır, çoxlu ət qəbulu, suyun az içilməsi, az hərəkət etmək, çox duzlu və yağlı yemək kimi vərdişlər qanın qatılaşmasına səbəb olur. Bunun əksinə olaraq çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içilməsi, tünd çaydan, tünd qəhvədən imtina etmək isə qanın durulmasına səbəb olur.

 

Qanı durulaşdıran bir sıra bitki və vasitələri təqdim edirik:

 

Məkkəgülü

 

Məkkəgülü həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl dada malikdir, yeməkdən sonra içilməsi məsləhətdir.

 

Sofora qönçələri

 

Müalicə üçün sofora qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Həmin maddə damarların mənkəzinə yığılmış yağ və lipidləri təmizləyir.

 

Öksəotu

 

Öksəotu parazit bitkidir, ağacların gövdəsi üzərində bitir və onların hesabına qidalanır və ağacı qurudur. Çox səmərəli təzyiqsalıcıdır, kapillyar damarların ötürücülüyünü yaxşılaşdırır.

 

Nanə

 

Nanə həm yaxşı əsəb sakitləşdirici, həm də qanı durulaşdırıcı təsir göstərir, dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır.

 

Zəncəfil

 

Zəncəfil hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Qoz böyüklükdə hissə kökdən kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün çox təsirli vasitədir.

 

Sarıkök

 

Sarıkök dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə 2 dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

 

Udi-hindi

 

Udi-hindi qan durulducu və iltihab əleyhinə güclü təsirli vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

 

Biyan kökü

 

Biyan kökünün tərkibindəki qlisirizin maddəsi xəstələr üçün şəfa mənbəyidir, halsızları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalıdır.

 

Sarımsaq

 

Sarımsağın qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.
Limon həm qandurulducu, həm də damar elastikliyini artıran əla vasitədir, tərkibi C vitamini ilə zəngindir.

 

Zəli

 

Zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılmışdır və onların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.

 

Qan aldırmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti