Qoltuqaltı tərləmənin əsas SƏBƏBİ 
04.03.2021 11:12

Mütəxəssislər qoltuqaltı tərləmələrin orqanizmdə olan parazitlər səbəbindən baş verdiyini bildirir.

 

Son illərin araşdırmaları parazitlərin bəzi qida vasitələri ilə orqanizmə daxil olduğunu göstərir. Həmçinin bakteriyaların çoxalaraq artıq tərləmə əmələ gətirdiyini təsdiqləyir.

 

Əvvəllər həddindən artıq tərləmənin vegetativ sinir sistemi ilə əlaqədar olduğu düşünülürdü. Lakin son illərin araşdırmaları çox tərləmələrin mədə-bağırsaq sistemində olan parazitlər səbəbindən baş verdiyini sübut edib. Parazitlər orqnizmdə nəinki hiperhidroza, hətta ən ağır xəstəliklərə səbəb ola bilir.

 

Mütəxəssislər orqanizmdə müxtəlif xəstəliklərin baş verməməsi üçün bağırsaqlarda parazitlərin olub-olmamasını nəzarət altında saxlamağı məsləhət bilir. Bunun üçün isə ən azı ildə bir dəfə müayinə olunmaq lazımdır. Çünki araşdırmalar hətta xərçəngin əmələ gəlməsində parazitlərin rolu olduğunu sübut edib.

 

Parazitlərin insanın ürəyində kök salıb müxtəlif xəstəliklər əmələ gətirdiyini söyləyirlər. Ürəkdə parazitlərin kök salması qəfil ölümə də səbəb ola bilir.

 

Həmçinin parazitlər qadın cinsiyyət orqanlarında müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilir. Yumurtalıqların iltihabı xəstəlikləri, fibromioma, mioma, fibroz-kistoz mastopatiya böyrəküstü vəzin xəstəlikləri, sidik ifrazat sisteminin xəstəliklərinin əmələ gəlməsinə parazit xəstəlikləri səbəb ola bilir.

 

Parazitlər dərinin vaxtından əvvəl qocalmasına da səbəb olur.

 

Orqanizmdə parazitlərin olmasını aşağıdakı əlamətlərdən bilmək olur:


* həddindən çox tərləmə
* allergiya əlamətləri
* Tez-tez angina, soyuqdəymə xəstəliklərinin baş verməsi
* xroniki yorğunluq
* baş ağrıları
* qəbizlik və ya ishal
* bədəndə ağrıların olması
* əsəbilik
* tez yorulma
* əsəbilik, yuxunun pozulması
* göz altında tünd rəngli torbaların əmələ gəlməsi

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama