Bu ölkədə koronavirusa yoluxanların 50 faizi Britaniya ştammının daşıyıcılarıdır
04.03.2021 10:03

Fransada kanalizasiya sularında aparılan analizlərin nəticəsinə əsasən, yoluxmaların 50 faizinin koronavirusun Britaniya ştammının olduğu aşkarlanıb.

 

Aztibb.az xəbər verir ki, Fransada kanalizasiya sularında virusu izləmək üçün tədqiqatçıları bir araya gətirən observatoriya (Obepine) tədqiqat şəbəkəsi tərəfindən aparılan analizlər İls-dö-Fransa regionunda çirkli sularda virusun Britaniya ştammının artdığını aşkarlayıb. Bildirilib ki, yaxın günlərdə ölkədə epidemiya vəziyyətinin yaxşılaşacağı gözlənilmir.

 

Yanvar ayından ölkədə Britaniya ştammının inkişafını izləyən tədqiqat şəbəkəsi qeyd edib ki, əldə edilən nəticələr ölkədə epidemiyanın təkamülü tendensiyasını göstərir.

 

Kanalizasiya sularında aparılan son analiz nəticələri yoluxma sayının azalmayacağını göstərir. Son 10 gündə çirkli sularda virusun daha çox olduğu aşkarlanıb ki, bu da yoluxanların sayının yoluxmayanlardan daha çox olduğunu göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər