Səudiyyə Ərəbistanında COVID-19 əleyhinə peyvənd apteklərdə pulsuz paylanılacaq  
04.03.2021 10:00

Səudiyyə Ərəbistanı hökuməti COVID-19-a qarşı peyvəndləmə kampaniyası çərçivəsində orijinal qərar verib. Krallığın rəsmi SPA agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyi peyvəndlərin pulsuz olaraq apteklərdə paylanmasını həyata keçirəcək.

 

Aztibb.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Səhiyyə naziri Tefvik Əl-Rabiyə ölkədə dekabrın 17-də başlanmış peyvəndləmə kampaniyasının uğurla davam etdiyini, lakin bu prosesə daha çox insanın cəlb edilməsi üçün apteklərdə pulsuz peyvənd paylanacağını deyib.

 

Onun sözlərinə görə, peyvəndi alan vətəndaşlar onu özləri vurdura bilərlər. Bundan başqa, krallığın ərazisindəki bütün universitetlərin tibb fakültələri peyvəndləmə prosesini özləri aparacaq. Apteklərdə pulsuz peyvənd alanların adları elektron siyahıya salınacaq.

 

Pandemiya dövründə Səudiyyə Ərəbistanında COVID-19-a 378 min yoluxma, 65 minə yaxın ölüm faktı qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub