Dubayda COVID-19 səbəbilə tətbiq olunan bütün məhdudiyyətlər uzadılıb
03.03.2021 18:54

Dubayın Böhran və Fəlakətlərin İdarə Edilməsi üzrə Ali Komitəsi pandemiya ilə əlaqədar tətbiq olunan və fevralın 2-dən qüvvədə olan hotellərin, ticarət və iaşə obyektlərinin fəaliyyətinə qoyulmuş məhdudiyyətləri daha bir ay yarım müddətinə uzadıb.

 

Bu barədə “RİA Novosti” məlumat verib.

 

Qadağaların Ramazan ayının əvvəlinə - aprelin ortalarına qədər davam edəcəyi ehtimal olunur.

 

Başlanğıcda gücləndirilmiş tədbirlər fevralın 26-dək nəzərdə tutulsa da, onların təsirlərinin müsbət olduğuna qərar verilib və müddəti uzadılıb.

 

Beləliklə, aprelin ortalarına qədər Dubaydakı kinoteatrlar, əyləncə və idman obyektləri yenə maksimum 50 %-lik yüklənmə və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə fəaliyyət göstərməyə davam edəcək. Ticarət mərkəzlərinə buraxılan ziyarətçi sayı, eləcə də hotellərdə, hovuzlarda və hotellərdəki özəl çimərliklərdə qonaq sayı obyektlərin tutumunun 70%-i ilə məhdudlaşacaq.

 

Restoran və kafelər gecə saat 1-ə qədər bağlanmalıdır, pab və barlar yenə açılmayacaq. Həmçinin mövcud protokollara, o cümlədən fiziki məsafə saxlama və tibbi maskalar taxmağa ciddi riayət olunmasını təmin edən təftiş kampaniyaları davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər