Misvak sağlamlıq mənbəyidir - İnanılmaz FAYDALARI  
03.03.2021 11:17

Misvak ərəb ölkələrində bitən əraq ağacının kökləridir. Təxminən karandaş uzunluğunda kəsilir, dişə sürtən zaman uc hissəsi adi fırça şəklini alır və dişin hər tərəfinə keçə bilir. Olduqca faydalıdır, nəinki ağız boşluğuna, boğaza, qida borusuna, mədəyə, diş ətinə faydası var.  Hətta misvakdan daimi istifadənin gözlərə də müsbət təsiri olduğu bildirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

 

Həkimin sözlərinə görə, misvakdan istifadə hafizəni gücləndirir, bəlğəmi aparır.

 

"Misvakın tərkibində ağızı dezinfeksiya edən, dişləri parıldadan, diş ərpini əridən maddələr var, tərkibindəki zəngin flüor dişləri daha da sərtləşdirir, çürümənin qarşısını alır, diş ləkələrini təmizləyir. Tərkibindəki saponinlərin bəlğəmgətirici, iltihab əleyhinə təsirləri vardır, zəngin kalsium tərkibi isə sümük toxumasının strukturunu bərpa edir".


F.Hüseynov qeyd edib ki, tərkibində beynimiz üçün ən çox lazım olan fosfor və əzələ sisteminin çalışması üçün əvəzolunmaz maqnezium külli miqdardadır: "Tərkibində olan kalium hüceyrələrin qidalanmasına, ürək əzələsinin, hafizəmizin düzgün çalışmasına yardımçıdır, duzun əlavə təsirini neytrallaşdırır".


"Hətta misvakda tapılmış kükürd dioksid bütün ağız boşluğu yaralarının sağalmasını təmin edən əvəzolunmaz bir nemətdir. Misvakın tərkibindəki uçucu efirlər ağız qoxusunu götürür və ağızdan xoş iyin gəlməsinə səbəb olur, ağız göbələklərini məhv edir. Misvakın tərkibindəki maddələr insanın ağız dadına təsir edən bütün bakteriyaları öldürür, dadbilməni yaxşılaşdırır, bundan başqa ağızın turşu-qələvi nisbətini normallaşdırır",- deyə həkim bildirib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti