Dünya əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün 4,5 il vaxt lazım gələcək
02.03.2021 16:56

İndiyə qədər dünyanın 107 ölkəsində insanlara koronavirus əleyhinə 245 milyon vaksin dozası vurulub.

 

"Bloomberg" agentliyinin məlumatına əsasən, hazırda hər gün dünya üzrə təxminən 6,79 milyon insan COVID-19 infeksiyasına qarşı peyvənd olunur. Bu templə dünya əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün təxminən 4,5 il vaxt lazım gələcək.

 

Yüz nəfər əhaliyə düşən vaksin dozasının miqdarına görə İsrail birinci pillədə qərarlaşıb (89.9 nəfər). Sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (56,08 nəfər), Böyük Britaniya (31,58) və ABŞ (23,16) tutur.

 

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan "Worldometer" saytının bu günə olan məlumatına əsasən, dünyada COVID-19 xəstəliyinə 115 milyon 76 mindən çox yoluxma və 2 milyon 552 mindən çox ölüm faktı qeydə alınıb, 90 milyon 797 min nəfər sağalıb. Müalicəsi davam edən 21 milyon 727 min nəfərdən 90 min 335-nin vəziyyəti ağır qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər