Reyşinin inanılmaz FAYDASI - Fitoterapevt AÇIQLADI
01.03.2021 11:56

Reyşi göbələyinin tərkibindəki beta-qlükanlar xərçəng hüceyrələri ilə mübarizə aparan hüceyrələrin sayını külli miqdarda artırır.

 

Aztibb.az xəbər verir ki, bu barədə fitoterapevt Elnur Eldaroğlu məlumat verib.

 

O, bildirib ki, reyşi makrofaqların ömrünü uzadır:


"Həmçinin makrofaqların aktivizasiyasına səbəb olur, bundan sonra makrofaqlar nəinki xərçəng hüceyrələrinə qarşı, insan orqanizminin istənilən dəyişilmiş hüceyrələrinə qarşı da sitotoksiki təsir göstərir.

 

Reyşinin tərkibindəki polisaxaridlər şiş hüceyrələrinin nekroz faktorunu və "interleykin 1-6"nı 10-30 dəfə artırır.

 

Təcrübələr göstərib ki, reyşi qəbul edən xərçəng xəstələrinin orqanizmi müalicəyə kimyəvi terapiya və şüalanma prosesindən keçən pasiyentlərdən daha yaxşı cavab verir.


Reyşinin tərkibindəki triterpenlər şiş hüceyrələrinin böyüməsini bilavasitə dayandırır.


Betasterinlər isə (reyşinin hüceyrə membranının əsas tərkib hissəsi) xərçəng hüceyrələrinin əmələgəlmə və böyüməsini dayandırır.

 

Belə bir dolayı mexanizm də mövcuddur – reyşinin tərkibindəki D6 polisaxaridi sümük iliyində nuklein turşularının sintezini 50%, zülalların sintezini isə 29% artırır, nəticədə B-limfositlər vasitəsilə şiş hüceyrələrinə qarşı antitel sintezi artmış olur.

 

Reyşidən effektiv təsirli ekstrakt almaq üçün ilk öncə qurumuş gavalı ağacında yetişmiş qırmızı reyşi göbələyi seçilməli və daha sonra o, öz xitin təbəqəsindən ayrılmalıdır. Çünki xitin təbəqəsi də ekstrakta qarışarsa, bu göbələyin effektiv təsirini, daha doğrusu beta-qlükanın təsirini azaltmış olacaq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama