İtaliyada COVID-19-dan sağalan xəstələrə peyvəndin yalnız bir dozası vurulacaq
01.03.2021 10:05

İtaliyanın yeni Baş naziri Mario Draghinin Avropa Birliyi (AB) Liderləri zirvə görüşündə COVID-19 peyvəndlərinin yalnız ilk dozasının vurulması ilə bağlı təklifinin bu ölkədə həyata keçirilməsi planlaşdırılır. Strategiyada ediləcək dəyişikliklə ikinci doza üçün ayrılmış vaksinlərin 30 faizi ilə qısa müddətdə təxminən 2 milyon insanın peyvənd olunacağı planlaşdırılır.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, bu istiqamətdə ilk addımı İtaliya Dərman Agentliyi atıb. Agentlik COVID-19-dan sağalan xəstələrə tək doza peyvənd vurulmasının kifayət olacağını bildiriblər. Səhiyyə Nazirliyi bu addımı təsdiq edərsə, ölkədə COVID-19-dan sağalmış 2 milyon 400 min nəfərə tək peyvənd dozası tətbiq ediləcək.

 

Mario Draghi AB Liderləri Sammitində son araşdırmaları nümunə göstərərək bütün Avropada peyvəndlərin ilk dozasının tətbiqinə üstünlük verilməsini təklif edib.

 

İtaliya Baş nazirinin təklifi AB tərəfindən qəbul olunmasa da, İtaliyada ölkə daxilində strategiyanın dəyişdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi