Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
01.03.2021 10:51

ABŞ-da son bir gündə təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 68 min nəfər artıb, 1,5 mindən çox insan ölüb.

 

Son 24 saat ərzində həkimlər 68 071 yeni yoluxma və 1536 ölüm faktı qeydə alıblar.

 

ABŞ-da bütün pandemiya dövründə COVID-19 xəstələrinin ümumi sayı 28 554 938-ə çatıb, 511 999 koronaviruslu xəstə isə ölüb.

 

Braziliyada son sutka ərzində daha 34 027 nəfərin koronavirus infeksiyasına yoluxması, 721 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 10 551 259 nəfər yoluxub. Bu müddət ərzində 254 942 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 9 411 033 xəstə müalicə olunaraq sağalıb.

 

Meksikada ötən gün koronavirus infeksiyasına 7 246 yeni yoluxma faktı qeydə alınıb.

 

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 783 nəfər vəfat edib.

 

İndiyədək Meksikada ümumilikdə 2 084 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 185 257 nəfər vəfat edib.

 

Böyük Britaniyada son sutka ərzində 6035 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 176 554 nəfərə çatıb.

 

Ötən gün 144 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 122 849 nəfərə çatıb.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 66 nəfər ölüb. Son 24 saatda daha 8424 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 6511, ağır xəstələr isə 1191 nəfər olub. 

 

Türkiyədə indiyədək 2 701 588 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 572 234 nəfər sağalıb, 28 569 nəfər isə ölüb.

 

Bolqarıstanda sutka ərzində koronavirusa 1079 yeni yoluxma halı baş verib.

 

Ölkədə koronavirusa yoluxanların sayı 246 min 706 nəfərə çatıb, 205 min 137 nəfər sağalıb, 10 min 167 nəfər ölüb. Xəstəxanalarda 4 min 674 nəfər, reanimasiyada 380 nəfər yerləşir.

 

Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 799 min 164 nəfərə çatıb.

 

Son 24 saat ərzində 3432 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 20 min 287 nəfərdir, 738 min 569 nəfər sağalıb.

 

Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

 

Gürcüstanda ötən sutkada koronavirusa 160 yeni yoluxma faktı təsdiqlənib, 409 nəfər müalicə olunaraq sağalıb.

 

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 270 918-ə, sağalanların sayı isə 265 523-ə çatıb.

 

Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 10 nəfər artaraq 3 520 olub.

 

Ermənistanda son sutkada daha 158 nəfər COVID-19-a yoluxub və virusa yoluxanların sayı 172 216-ya çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 195-ə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 815 nəfərdir. İndiyədək 163 511 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub