COVID-19-un mutasiya olunmuş iki variantı xüsusi narahatlıq doğurur
27.02.2021 16:05

Ekspertlər hələ ki, COVID-19 pandemiyasının nə vaxt başa çatacağını proqnozlaşdıra bilmirlər. Amma artıq ehtimal etmək olar ki, yeni koronavirus infeksiyası 2022-ci ilin əvvəlində bütün cəmiyyətin həyatına mənfi təsir edə bilməyəcək.

 

Aztibb.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Kopenhagendə keçirilmiş “Facebook”la translasiya edilən brifinqdə bildirib.

 

“Heç kim pandemiyanın gedişatını proqnozlaşdıra bilməz. İş prosesi baxımından mən artıq ehtimal edə bilərəm ki, 2022-ci ilin əvvəlində biz pandemiyanın dağıdıcı müdaxiləsinin qarşısını ala biləcəyik, amma virus tam itməyəcək. Hər şey bizim fərdi və kollektiv davranışımızdan asılı olacaq. Artıq ən pisinin arxada qaldığını deyəndə mən 2020-ci ili nəzərdə tuturam: çünki o vaxt siyasi qaranlıq, elmi qeyri-müəyyənlik var idi. Buna görə də mən demirdim ki, hər şey bir-iki aya ötüb keçəcək. Çünki bunu heç kim əvvəlcədən söyləyə bilməz”, – deyə o qeyd edib.

 

Hazırda ÜST-ün Avropa regionunda 38 milyon COVID-19-a yoluxma halı, eləcə də 850 min nəfər yeni koronavirus qurbanı qeydə alınıb. SARS-CoV-2 virusu Avropada yüksək templərlə yayılmağa davam edir, bununla bərabər digər ştammları sıxışdırmaqda davam edən mutasiya olunmuş iki variant daha böyük narahatlıq doğurur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub