ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər təşkil edir
25.02.2021 13:06

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir.

 

Nümayəndəlikdən verilən məlumata görə, Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün "Əsas psixososial dəstək və psixoloji ilk yardım" mövzusunda təlim sessiyaları keçirilir.


15-27 fevral tarixləri arasında Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb.


Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bundan əlavə, iştirakçılar proqram çərçivəsində çətin vəziyyətlərdə işləmək üçün vacib olan və emosional tükənmə sindromunun qarşısını ala biləcək özünəqulluğu da öyrənirlər.


Qeyd edək ki, təlimlər Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin təlimçiləri ilə birlikdə aparılır.


İlkin səhiyyə mütəxəssisləri, sosial işçilər və s. kimi ön cəbhə işçiləri üçün əsas psixososial dəstək və psixoloji ilk yardım üzrə təlim proqramının ölkəboyu davam etdirilməsi planlaşdırılır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub