Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub - Baş infeksionist
25.02.2021 12:16

Pandemiya şəraitində yaşadığımız dövrdə maska həyatımızın əsas aksesuarına çevrilib. Mütəxəssislərin dediyinə görə, gündəlik həyatda istifadə edilən tibbi maskalar nəinki yeni növ koronavirus (COVID-19) infeksiyasından, hətta yayılma təhlükəsi olan digər mövsümi xəstəliklərdən də qoruyur.

 

Hər il payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halı artır. Həkimlər bildirirlər ki, son dövrdə mövsümi xəstəliklərin sayı azalıb. Maskadan istifadə, eləcə də digər karantin qaydalarına əməl olunması xüsusilə qripə yoluxmanın qarşısını alır.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bununla əlaqədar olaraq deyib: “Hər il yanvar-fevral aylarında qripin tüğyan etdiyi dövrü yaşayırdıq. İndi demək olar ki, belə hallar müşahidə edilmir. Hələ oktyabr-noyabr aylarında əhalinin təxminən 400 min nəfəri Səhiyyə Nazirliyinin göstərişi ilə dövlət hesabına qrip əleyhinə vaksinasiya edilib. Təbii ki, bu, xəstəliyin profilaktikasına öz təsirini göstərib”.

 

Lakin bu müsbət tendensiya arxayınçılıq hiss yaratmamalıdır, əks halda infeksiyaya yoluxma halı arta bilər. Ona görə də maskadan düzgün istifadə, gigiyenik qaydalara riayət və sosial məsafənin qorunması əsas şərtlərdən biri olaraq qalmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub