Özbəkistan parlamentində Çin-Özbəkistan vaksininin təqdimatı olub
23.02.2021 22:27

Özbəkistan parlamenti - Ali Məclisdə ZF-UZ-VAC 2001 adını alan Çin-Özbəkistan vaksininin təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, təqdimatda Özbəkistan innovativ inkişaf nazirinin birinci müavini Şahla Turdikulova bildirib ki, Çin həmkarları ilə birgə yaradılan, ZF-UZ-VAC 2001 brend adı alan vaksin ən effektli preparatlardan sayılır və bu vaksinin klinik təcrübələri də bunu deməyə əsas verir. Onun sözlərinə görə, vaksinin sınaqları əvvəlcə Çində olub.

 

Artıq Özbəkistanda 7 min nəfərə peyvəndin birinci, 3900 nəfərə isə ikinci dozası vurulub. Mütəxəssislər nəticədə vaksinin təhlükəsizliyinin 99 faiz olduğu qənaətinə gəliblər. Vaksinin zərərli təsirləri demək olar ki, yoxdur.

 

Xatırladırıq ki, Özbəkistanda vaksinasiya martın əvvəllərində başlayacaq və bu dərmandan başqa ölkə “Sputnik V" , “Pfizer-BioNTech” (Amerika Birləşmiş Ştatları-Almaniya) və COVAX proqramı çərçivəsində “AstraZeneca” (İngiltərə-İsveçrə) vaksinlərini sifariş edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub