Pekində əhalinin COVID-19 əleyhinə kütləvi vaksinasiyası başlayıb 
22.02.2021 11:10

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində paytaxt Pekində əhalinin kütləvi vaksinasiyasına başlanılıb.

 

Aztibb.az xəbər verir ki, 18-59 yaş arasında olan Pekin sakinləri əvvəlcədən müraciət etməklə növbəlilik əsasında ödənişsiz qaydada peyvənd oluna bilirlər. Bu məqsədlə təşkil olunan yüzlərlə müvəqqəti məntəqədə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. 

 

Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.

 

Vaksinasiyada Çinin "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərindən istifadə olunur. Hər 2 şirkətin peyvəndləri təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Onların hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Avropa, Asiya və Latın Amerikası üzrə 40-dan çox ölkə, o cümlədən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya və Braziliya vaksinasiya prosesi üçün Çinin bu şirkətlərindən peyvənd sifariş ediblər. Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndindən istifadə olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər