Peyvəndlə əlaqəli yan təsirlər meydana gəldikdə həkim məsləhəti ilə bəzi dərmanlar qəbul edilə bilər - Həkim-infeksionist
22.02.2021 13:14

Həkimlik fəaliyyətimdə bu qədər dəhşətli bəla və qorxulu xəstəliklə üzləşməmişəm. Xüsusilə ötən il yeni növ koronavirus (COVID-19) infeksiyasının alovlandığı günlərdə xəstə axınının ardı-arası kəsilmir, xəstəxanada onları yerləşdirməyə çarpayı tapılmırdı. Gecəli-gündüzlü çalışsaq da, ağır vəziyyətdə olan xeyli xəstəni reanimasiya palatasına göndərməkdən xilas etmək olmurdu.

 

Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti İradə Acalova AZƏRTAC-a müsahibəsində koronavirusun yayılması əlamətlərini xatırlayaraq deyib: “İmmun sistemi güclü olanda xəstəliyin kliniki əlamətlərini özünü aşkar şəkildə büruzə vermir. Bunun əksi olduqda, ələlxüsus da yaş faktoru, yanaşı xəstəliklər olduqda onda xəstəliyin kliniki əlamətləri özünü daha aşkar büruzə verir və hətta bəzən xəstənin həyatını xilas etmək çətin olur. İnfeksion xəstəliklər zamanı daşıyıcılar xəstələrdən epidemioloji cəhətdən yüz dəfə daha çox təhlükəlidirlər. Onlar bir gündə bu virusu onlarla, yüzlərlə adama yoluxdura bilərlər. Hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı mübarizə aparmağın çətinliyi də elə bundadır. Ona görə də burada bircə yol qalır ki, o da kütləvi vaksinasiyanın aparılmasıdır”.

 

Həkim-infeksionist ötən ay peyvəndin ilk dozasını vurdurub və bunun infeksiyaya qarşı mübarizədə ən səmərəli yol olduğunu bildirib. O, COVID-19 infeksiyasına qarşı peyvənd vurdurarkən bəzi narahatlıqlar ola biləcəyini də inkar etməyib: “Peyvəndindən sonra inyeksiya olan hissədə ağrı, qızdırma ola, halsızlıq müşahidə oluna bilər. Əslində, bunlar bədənin peyvəndə qarşı verdiyi təbii reaksiyaların nəticəsidir və bir müddət sonra öz-özünə keçir. Yan təsirlərin qarşısını almaq üçün dərmanların əvvəlcədən istifadəsi tövsiyə edilmir. Yan təsirlər meydana gəldiyi halda həkim məsləhəti ilə bəzi dərmanlar qəbul edilə bilər. Peyvəndlərlə əlaqəli ciddi yan təsirlər adətən allergik reaksiyalardır və nadir hallarda rast gəlinir. Epileptik tutmaları və allergiyası olanlar peyvənddən əvvəl bu barədə mütləq həkimləri xəbərdar etməlidirlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər