Dünyanın 7 ölkəsində pandemiya ilə bağlı son göstəricilər
22.02.2021 11:48

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 14 199 nəfər artaraq ümumilikdə 11 005 850 nəfərə çatıb.

 

Koronavirus infeksiyası ilə bağlı ölüm hallarının sayı isə son 24 saat ərzində 83 vahid artaraq 156 385-ə yüksəlib.

 

Eyni zamanda, yeni infeksiyadan sağalanların sayı son gündə 9 695 nəfər artaraq ümumilikdə 10 699 410 nəfərə çatıb. Hindistanda 150 055 koronavirus xəstəsi müalicə alır.

 

Böyük Britaniyada son sutka ərzində 9834  nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 115 509 nəfərə çatıb.

 

Son sutka ərzində 215 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 580 nəfərə çatıb.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 77 nəfər vəfat edib.

 

Son 24 saatda 101 min 105 nəfər test olunub, simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 min 546 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

İranda son sutka ərzində koronavirusa 7 min 931 nəfər yoluxub, 74 nəfər isə ölüb.

 

Bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 574 min 12 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 483-ə çatıb.

 

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 689 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 344 min 791 xəstə sağalaraq evə buraxılıb.

 

Rusiyada ötən gün daha 12 604 nəfərə COVID-19 diaqnozu qoyulub və bu infeksiyaya yoluxanların sayı 4 177 330 nəfərə çatıb.

 

Ölkədə virusdan ölənlərin sayı isə daha 337 nəfər artaraq 83 630-a yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 726 388 nəfər sağalıb.

 

Gürcüstanda son sutkada koronavirusa 147 yeni yoluxma halı təsdiqlənib, 607 nəfər müalicə olunaraq sağalıb.

 

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 268 502 nəfər yoluxub ki, onların da 262 244-ü sağalıb.

 

Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 12 nəfər artaraq 3 447-yə çatıb.

 

Ermənistanda son sutkada daha 104 nəfər COVID-19-a yoluxub.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 506-ya çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 167-yə yüksəlib.COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər