Finlandiyada da koronavirusun yeni mutasiyası aşkarlanıb
21.02.2021 12:35

Alimlər COVID-19-un daha bir təhlükəli mutasiyasını aşkarlayıblar.

 

“MedikForum”un məlumatında bildirilir ki, Finlandiyada vaksinlərin effektivliyini zəiflədən, koronavirusun mutasiya olunmuş Cənubi Afrika versiyasına oxşar yeni ştamm peyda olub.

 

Finlandiya alimləri koronavirusun digər təhlükəli ştamlarla ümumi mutasiyalara malik olan başqa bir variantını kəşf etdiklərini bildirirlər. Hələlik “Fin-796H” adlandırılan yeni koronavirus növü bu yaxınlarda aşkarlanıb. Ekspertlər onun hələ ki, bir o qədər də geniş yayılmasına əmin deyillər. Finlandiyada yoluxma hallarının çox aşağı səviyyədə olması baxımından sözügedən mutasiyanın məhz bu ölkədə yaranması alimlərdə şübhələrə səbəb olub. Skandinaviya ölkəsində pandemiya başlayandan bəri cəmi 51 min yoluxma halı və təxminən 700 ölüm hadisəsi qeydə alınıb.

 

Bu kəşfi edən fin tədqiqatçıları yeni ştammın Britaniya və Cənubi Afrika ştammları ilə bəzi ümumi mutasiyalara və özünəməxsus unikal kombinasiyalara malik olduğunu vurğulayırlar. Bununla yanaşı, onlar fin versiyasının tərkibində hansı mutasiyaların olduğunu izah etmirlər. Ancaq “Fin-796H” versiyasının vaksinlərin effektivliyini zəiflətməsi baxımından onun Cənubi Afrika ştammı ilə oxşarlığını ehtimal etmək olar. Cənubi Afrika Respublikasının (CAR) hökumət orqanları məhz bu səbəbdən “AstraZeneca” əczaçılıq şirkətinin vaksinlərindən istifadə etməkdən imtina edirlər.

 

Bununla yanaşı, Britaniya alimləri israr edirlər ki, koronavirusun yeni variantlarının əmələ gəlməsi təlaşa əsas vermir. Bu patogenin mutasiyaları bütün oxşar viruslar üçün tamamilə təbiidir və indiki mövcud vaksinlər mutasiyalara qarşı qorunmanı təmin etməlidir. Məsələ ilə bağlı “The Daily Mail” qəzeti yazır ki, əgər biz qrip virusuna nəzər yetirsək, onda hər il yeni vaksinlər kəşf etməliyik. Çünki, qrip də daim mutasiyalara məruz qalır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər