Braziliyalı ekspert: "CoronaVAC" Britaniya və Cənubi Afrika ştammlarına qarşı da effektlidir
19.02.2021 10:30

Çinin “Sinovac Biotech” şirkətinin yeni növ koronavirusa qarşı olan “CoronaVAC” peyvəndi COVID-19 virusunun Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı da effektlidir.

 

Aztibb.az Çin KİV-lərinə istinadla xəbər verir ki, bunu “Sinovac Biotech”in Braziliyadakı tərəfdaşı olan Butantan Biotibb Mərkəzinin rəhbəri Dimas Kovas açıqlayıb. Mərkəz “CoronaVAC” peyvəndinin Braziliyadakı kliniki sınaqlarının nəticəsində əsasən belə qənaətə gəlib.

 

“Biz bu peyvəndin COVID-19 infeksiyasının Böyük Britaniya və Cənubi Afrika variantlarına qarşı testlərini etmişik və nəticələr yaxşıdır”, - deyə Dimas Kovas bildirib. Butantan Biotibb Mərkəzi hazırda “CoronaVAC” peyvəndinin COVID-19 infeksiyasının başqa yeni variantlarına qarşı effektivliyini də yoxlayır.

 

Mərkəzin rəhbəri “Sinovac” şirkətinin peyvəndinin texnologiyasına görə digər vaksinlərdən üstün olduğunu deyib. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

 

Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz “Sinovac Biotech” şirkətinin “CoronaVAC” peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də “CoronaVAC” peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

 

Bundan başqa, “CoronaVAC” Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərin bütün dünya üzrə ədalətli bölgüsünü hədəf alan COVAX təşəbbüsü üzrə vaksin təchizatına da qoşulmağı hədəfləyib. Bu, ÜST-nin mütəxəssislərinin müvafiq qiymətləndirməsindən sonra olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub