“Pfizer”–“BioNTech” dərmanı hamilələr üzərində sınaqdan keçirilir  
19.02.2021 14:09

“Pfizer” və “BioNTech” əczaçılıq şirkətinin birgə hazırladığı koronavirusa qarşı dərman 18 və yuxarı yaşlı hamilə qadınlar üzərində sınaqdan keçirilməsinə başlanılıb.

 

“BioNTech” şirkətinin saytında yerləşdirilən açıqlamaya görə, sınaqlar 4 minədək sağlam hamilə qadının 24-34 həftəsində iştirakı ilə təsadüfi seçimlə, plasebo nəzarətli, müşahidəsiz tədqiqat kimi qurulur. Tədqiqat dərmanın iki dozu və ya plasebo vasitəsilə 21 gün aparılacaq. Hər iştirakçı təsadüfi seçimlə dərman vurmağa və ya plaseboya qəbul edilməsindən asılı olaraq tədqiqatda 7 ay, yaxud 10 ay iştirak edəcək. Doğulacaq körpələr də 6 aylığınadək müşahidə altında olacaq.

 

“Pfizer” və “BioNTech” şirkətləri qarşıdakı aylarda dərmanı 5-11 yaşlarındakı uşaqlar üzərində, ilin sonunadək də 5 yaşından kiçik uşaqlar üzərində sınamağı da nəzərdə tutur. Dərmanın 12-15 yaşlarında uşaqlar üçün təhlükəsiz və səmərəli olduğunun indiyədək keçirilmiş tədqiqatlar zamanı dəyərləndirildiyi, bu ilin ikinci rübündə aidiyyəti qurumlar tərəfindən təsdiqlənməsi gözlənildiyi bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər