Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
19.02.2021 11:29

İsveçdə koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayıb. COVID-19-un Britaniya ştammına yoluxanların sayının artması ekspertlərin narahatlığına səbəb olub. Bununla yanaşı, onlar Britaniya mutasiyası ilə bağlı vəziyyəti “ölkədəki pandemiyanın ehtimal olunan üçüncü dalğasına təsir etmək imkanı olmayan" hal kimi xarakterizə ediblər.

 

Son 24 saat ərzində 10 milyon əhalisi olan İsveçdə koronavirusa 4 min 920 nəfər yoluxma qeydə alınıb, 29 nəfər isə ölüb. Ümumilikdə, İsveçdə virusun aşkarlandığı gündən bəri 627 min 22 nəfər bu xəstəliyə tutulub, 12 min 598 nəfər isə həyatını itirib.

 

Braziliyada yeni növ koronavirus infeksiyasına 51 879 yeni yoluxma faktı qeydə alınıb. Son sutkada 1 367 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 10 030 626 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 milyondan çoxu müalicə olunaraq sağalıb, 243 457 nəfər vəfat edib.

 

Beləliklə, Braziliya ABŞ və Hindistandan sonra dünyada koronavirusa yoluxanların sayının 10 milyonu keçən üçüncü ölkə olub.

 

İtaliyada COVID-19-a daha 13 762 nəfərin yoluxduğu təsdiqlənib.

 

Ölkədə son bir gündə 347 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 94 887 nəfərə çatıb. Ölkədə hazırda 384 501 aktiv koronavirus xəstəsi var, onlardan 2045-i ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 765 412 nəfərdən 2 286 024 nəfər (son sutkada 17 771 nəfər) sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 12 057 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 083 242 nəfərə çatıb.

 

Son sutka ərzində 454 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 119 387

nəfərə çatıb.

 

Rumıniyada peyvəndləmənin başlanmasına baxmayaraq, koronavirusa yoluxanların sayı 771 min 843 nəfərə çatıb.

 

Ötən gün ərzində 3 min 58 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 19 min 659 nəfərdir. 717 min 179 nəfər sağalıb.

 

Türkiyədə COVID-19-dan son sutka ərzində 83 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7241 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

İndiyədək Türkiyədə 2 616 600 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 504 050 nəfər sağalıb, 27 821 nəfər isə həyatını itirib.

 

Rusiyada son bir gündə daha 13 433 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da koronavirusa yoluxanların sayı 4 139 031 nəfərə çatıb.

 

Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 82 396-ya yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 679 949 nəfər sağalıb.

 

Gürcüstanda ötən sutkada daha 388 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 331 nəfər sağalaraq evə buraxılıb.

 

Son 24 saat ərzində 7 pasiyent vəfat edib.

 

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 267 701 yoluxma faktı təsdiqlənib. Yoluxanların 260 597-si sağalıb, 3 406-sı isə ölüb.

 

Ermənistanda son sutkada daha 191 nəfər COVID-19-a yoluxub.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 011-ə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 158-ə yüksəlib. İndiyədək 161 790 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub