Koronavirusu ağır keçirənlərin ürəyində fəsadlar aşkarlanıb  
19.02.2021 09:27

Yeni növ koronavirus infeksiyasını ağır formada keçirən xəstələri maqnit rezonans tomoqrafiya edərkən məlum olub olub ki, pasiyentlərin yarısının ürək toxumasında - miyokardit, işemiya və başqa zədələr mövcuddur. Bu, infeksiyanın ürək fəsadlarına səbəb olduğu barədə əvvəlki tədqiqatları təsdiqləyib.

 

Aztibb.az www.pnp.ru-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırma “European Heart Journal”ında dərc edilib.

 

Britanya və ABŞ həkimləri 2020-ci ilin iyun ayında altı London klinikasından müalicə edilərək sağalan 148 xəstəni müayinə ediblər. Xəstələrin 48-i süni nəfər aparatına qoşulubmuş və əsasən troponin səviyyəsinin yüksək olduğu xəstələr seçilib.

 

Bu protein əzələ büzülməsində iştirak edir. Əzələ bu və ya digər səbəbdən zədələnəndə protein qana qarışır. Buna görə həkimlər tez-tez müəyyən ürək xəstəlikləri üçün onun səviyyəsini biomarker kimi istifadə edirlər.

 

Maqnit rezonans tomoqrafiya 148 xəstədən 80-də ( 54 faiz) ürək əzələsinin zədələndiyini göstərib. Ətraflı analizlər müəyyən edib ki, bəzi xəstələrdə bu daha əvvəl, digərlərində isə koronavirusa yoluxduqdan sonra əmələ gəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub