Quru meyvə alarkən nələrə diqqət edilməlidir? -  Həkim-fitoterapevt XƏBƏRDARLIQ etdi
18.02.2021 22:26

Qurudulmuş meyvələr il boyu bizlərin faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Ona görə alarkən və yeməzdən öncə bu məqamlara diqqət edilməlidir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib. 

 

Diqqət edilməli olan məqamları təqdim edirik:

 

Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır.

 

Qaynar sudan istifadə etməyin. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.

 

Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

 

Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır.

 

Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.

 

Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir.

 

Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır. Ən çox da xurmalarda istifadə edirlər.

 

Rənglərə də diqqət edin.

 

Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.

 

Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.

 

Alma qurusunun rəngi krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.

 

Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir.

 

Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.

 

Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.

 

Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

 

Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır.

 

Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik iyə malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama