Göz miqreni nədir? - ƏLAMƏTLƏRİ, MÜALİCƏSİ
18.02.2021 15:48

Göz miqreni müvəqqəti xarakterli görmə pozğunluğu şəklində aura ilə xarakterizə olunan miqrendir.

 

Aztibb.az xəbər verir ki, bu barədə oftalmoloq Pərvanə Quliyeva məlumat verib.

 

Oftalmoloq bildirib ki, onun əlamətlərinə səyrici skotoma, görmə sahəsinin ayrı-ayrı hissələrinin itirilməsi, fosfen (rəngli ləkələr) və fotopsiya aiddir:

 

"Diaqnoz anamnestik məlumatlar, obyektiv baxış, oftalmoskopiya, perimetriya, baş beyin damarlarının angioqrafiyası və MRT-nin nəticələri əsasında qoyulur.

 

Simptomatik müalicə analgetiklər və qeyri-steroid iltihab əleyhinə preparatların tətbiqindən, trigger nöqtələrdə periostal və sümükdaxili blokadaların aparılmasından ibarətdir.

 

Tutmalar arası dövrdə profilaktik məqsədlə nootrop, miorelaksant və antidepressantlar təyin edilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama