“CoronaVAC” peyvəndinin effektivlik müddətinin ən azı altı ay olduğu güman edilir
18.02.2021 12:04

Yanvarın 18-dən Azərbaycan da bir sıra aparıcı ölkələrin sırasına qoşularaq yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyaya başladı. İlk günlərdə peyvənd olunanlara artıq ikinci doza vurulur.

 

Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndinin effektivlik müddəti hamıda maraq doğurur. Vaksin insanları həyatı boyu qoruyacaq, yoxsa yenidən peyvənd edilməyə ehtiyac olacaq?

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Fərəh Vahabova AZƏRTAC-a deyib: “Peyvəndin nə qədər effektiv ola biləcəyini demək çətindir. Xəstələnəndən sonra ən azı 6 ay onun anticisimləri orqanizmdə qalırsa, onda onun 6-8 ay qoruya biləcəyini güman etmək olar. Ola bilər ki, yeni peyvənd dozası ildə bir dəfə vurulsun, ola bilər altı aydan bir vurulsun, bunu konkret demək çətindir. Hələ bu sahədə araşdırmalar aparılmayıb”.

 

Peyvənd olunanlarda virusa qarşı anticisimlər yaranıb-yaranmaması barədə həkim-pediatr deyib: “Anticisim yaranmaması halını dünya əhalisinin 1 faizində müşahidə etmək olar. Yəni, istər xəstəlik keçirəndən, istərsə də peyvənd vurulandan sonra onların orqanizmində immunitet yaranmaya bilərlər. Bu, çox nadir hal ola bilər. Həmin şəxslər tez yoluxa, tez xəstələnə və yoluxma zamanı xəstəliyi ağır keçirə bilərlər, çünki immunitetləri zəifdir. Peyvənd olunsalar da, həm yoluxa, həm də yoluxdura bilərlər”.

 

Doğrudur, bütün bunlar indi sual doğursa da, qarşıdakı illərdə əldə olunan təcrübə ilə daha dəqiq öyrəniləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub