Azitromisin koronavirus müalicə sxemindən çıxarıldı - SƏBƏB
17.02.2021 22:47

Ən məşhur antibiotiklərdən olan azitromisini bütün koronavirus xəstələri, hətta sadəcə burnu axanlar da alıb qəbul edir Hesablamalara görə, təkcə bu dərmana əhali milyonlarla pul xərcləyib. Lakin indi azitromisin koronavirusun müalicə sxemindən çıxarılır.

 

Hazırda Rusiya Səhiyyə Nazirliyinin yeni metodik müalicə tövsiyəsində də koronavirusun müalicə və profilaktikasında bu dərmanın adı çıxarılıb.

 

Həkim Mariya Tişenko bildirib ki, 2020-ci ildə koronavirus yeni öyrənildiyi müddətdə virus ağciyərlərdə pnevmoniya verdiyi üçün azitromisindən istifadə edilirdi:

 

"İlkin mərhələdə hidrosixloroxin adlı malyariya dərmanı ilə azitromisin antibiotikinin kombinasiyasının xəstələrə yaxşı təsir etdiyini gördük. Ona görə bu dərmanlar orta ağır və ağır reanimasion xəstələrin sxeminə daxil edildi. Bundan sonra isə insanlar özləri apteklərdən azitromisini alıb, qəbul etməyə başladı və bu dərmanın defisiti yaşandı. Koronavirus xəstəxanaları da kütləvi şəkildə bu dərmanı alıb depolayırdı. Bu da milyonlarla vəsait deməkdir.

 

2021-ci ilin fevralından RF Səhiyyə Nazirliyi azitromisinə bu qədər maliyyə sərfiyyatının özünü doğrultmadığını və bu dərmanın 90% hallarda COVID xəstələrində istifadənin faydasız olduğunu bəyan etdi.

 

Müalicələr zamanı müşahidələr göstərdi ki, azitromisin COVIDzamanı müalicəyə təsir etmir, ağır gedişli xəstələrdə proqnozu yaxşılaşdırmır, burda başqa antiviral dərmanlar istifadə olunmalıdır.

 

Əksinə xəstəyə azitromisin verdikdə onun toksiki təsirindən əlavə yan təsirlər baş verir, immunitet zəifləyir. Bakteriyaların azitromisinə rezistentliyi, yəni dayanıqlığı artır və artıq bu dərman insan orqanizmi üçün zəif, lazımsız preparata çevrilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub