Daha bir ölkədə koronavirusa qarşı vaksinasiyaya start verildi  
17.02.2021 10:50

Fevralın 17-də Yaponiyada koronavirusa qarşı vaksinasiyaya start verilib.

 

Yaponiya hökumətinin tərtib etdiyi plana görə, ilkin olaraq 40 min tibb işçisinin vaksinasiyası nəzərdə tutulur.

 

Məsələni şərh edən Yaponiyanın İnzibati İslahatlar naziri Taro Kono bir gün əvvəl deyib: “Biz koronavirusa qarşı ən güclü silah hesab edilən vaksinasiyaya başlamağı nəzərdə tuturuq. Ümid edirik ki, insanların əksəriyyəti vaksinasiyanın əhəmiyyətini və riskləri dərk edərək bu prosesə qoşulacaq”.

 

Plana görə, qarşıdakı günlərdə ilk qrupdan sonra daha 3,7 milyon tibb işçisi peyvənd olunacaq.

 

Hökumət, həmçinin yerli hakimiyyət orqanlarının fevralın 17-də təqdim edəcəyi təklifləri nəzərə alaraq, peyvəndin necə paylanacağını qarşıdakı bir neçə gündə dəqiqləşdirəcək.

 

Bildirilir ki, hökumət yerli bələdiyyələrə tibb işçilərindən sonra sayı 36 milyona çatan yaşı 65-dən yuxarı olan sakinlərə peyvəndin vurulmasını təklif edib. Bu yaşda insanlara peyvəndin vurulmasını apreldə başlamağı planlaşdıran hökumət bu işi iki ay üç həftə ərzində tamamlamağı nəzərdə tutur.

 

Bununla yanaşı, ilk 20 min insana peyvəndin vurulmasından sonra cəmiyyətə onun səmərəliliyi və yan təsirləri barədə ətraflı məlumat veriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub