Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
17.02.2021 09:45

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 10 386 nəfərin yoluxduğu təsdiqlənib.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 336 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 94 171 nəfərə çatıb. Ölkədə hazırda 393 686 aktiv koronavirus xəstəsi var, onlardan 2074-ü ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 739 591 nəfərdən 2 251 734 nəfər (son sutkada 14 444 nəfər) sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 10 625 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 058 468 nəfərə çatıb.

 

Ötən gün 799 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 118 195 nəfərə çatıb.

 

Braziliyada son sutka ərzində daha 55 271 nəfərin koronavirus infeksiyasına yoluxması, 1167 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 921 981 nəfər yoluxub. Bu müddət ərzində 240 940 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 8 883 191 xəstə müalicə olunaraq sağalıb.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 90 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7906 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Rusiyada son bir gündə daha 12 828 nəfərə COVID-19 diaqnozu qoyulub və virusa yoluxanların sayı 4 112 151 nəfərə çatıb.

 

Ölkədə koronavirusdan ölənlərin sayı isə daha 467 nəfər artaraq 81 446-ya yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 642 582 nəfər sağalıb.

 

Gürcüstanda ötən sutkada daha 486 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent vəfat edib.

 

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 266 948-ə, ölənlərin sayı isə 3 390 nəfərə çatıb.

 

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 499 nəfər artaraq 259 727-yə yüksəlib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub