Аllergik alveolitin yaranma SƏBƏBİ - Müalicə metodu
17.02.2021 09:45

Аllergik alveolit inhalyasion allergenlərin tənəffüs yollarına düşməsi nəticəsində yaranan bronxiol və alveolların immunoloji iltihabi reaksiyasıdır.

 

Aztibb.az xəbər verir ki, bu xəstəliyin kliniki mənzərəsi əsasən inspirator təngnəfəslik, öskürək, döş qəfəsində ağrılar, kəskin gedişatlı formasında qripəbənzər vəziyyətlə xarakterizə olunur.

 

Allergik alveolitin diaqnostikası spirometriya, döş qəfəsinin rentgenoqrafiyası və kompyuter tomoqrafiyası (KT), bronxoalveolar lavajın və ağciyər toxuması bioptatının müayinəsi, qan zərdabında antitellərin səviyyəsinin təyini ilə aparılır.

 

Allergik alveolitin müalicəsi allergenin orqanizmdən kənarlaşdırılması (eliminasiyası) ilə başlanır, qlükokortikosteroidlər təyin oluna bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama