Azərbaycan ordusunda epidemioloji vəziyyət stabil və qənaətbəxşdir
16.02.2021 15:24

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vakisinasiya Strategiyası”nın icrasının təmin edilməsi barədə əmr imzalayıb, Azərbaycan ordusunda COVID-19 xəstəliyi əleyhinə könüllülük prinsipi əsasında peyvəndləmə işlərinə başlanılıb. Vaksinasiya Strategiyasına uyğun olaraq ilk növbədə risk qruplarına peyvənd vurulur. Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı qarnizonu üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş ərazilərdə və digər yerlərdə yerləşən müvafiq hospitallarda həkimlər və tibb bacılarından ibarət peyvənd qrupları təşkil olunub, bütün lazımi şərait yaradılıb.

 

Bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

 

“Məhz Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddi tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində Azərbaycan ordusunun epidemiya əleyhinə təminatı yüksək səviyyədə təşkil olunub. Belə ki, nə 44 günlük Vətən müharibəsinin gedişində, nə də ondan sonrakı dövrdə nəinki COVID-19, eləcə də digər yoluxucu xəstəliklərlə kütləvi xəstələnmə halları qeydə alınmayıb. Həyata keçirilmiş epidemiya əleyhinə effektli tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan ordusunda COVID-19 xəstəliyinə görə epidemioloji vəziyyət stabil və qənaətbəxşdir”, - deyə S.Məmmədov bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub