"COVID-19 keçirənlər də peyvənd olunmalıdır"
15.02.2021 14:03

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan şəxslərin peyvənd olunmasını tövsiyə edib.

 

Bu barədə ÜST-ün baş elmi əməkdaşı Sumya Svaminathan bildirib.

 

“Daha əvvəl koronavirusa yoluxmaqdan asılı olmayaraq peyvənd olunmağı məsləhət görürdük. COVID-19 xəstələrinin əksəriyyətində immunitetin yarandığını bilirik. Lakin bəzi xəstələrdə immunitet reaksiyası güclü deyil. Söhbət xüsusilə xəstəliyi yüngül keçirmiş və bundan heç məlumatı olmayanlardan gedir, çünki xəstəlik bəzən simptomsuz keçir. Buna görə ÜST peyvəndlənməni tövsiyə edir. Müsbət məqam odur ki, immunitet sistemi oxşar antigeni və zülalı tanıyır. Bu səbəbdən əvvəllər yoluxmuş olsanız da peyvəndlənmə immunitet gücləndiricisi rolunu oynayır”, - deyə ÜST rəsmisi qeyd edib.

 

Uşaqlar üzərində araşdırmaların başladığını bildirən S. Svaminathan vurğulayıb ki, yaxın bir neçə ayda bu barədə daha çox məlumat əldə ediləcək. Svaminathan onu da deyib ki, koronavirusdan sağaldıqdan sonra formalaşan immunitetin hansı müddətə davam etməsi ilə bağlı elm adamları hələ də araşdırmalarına davam edir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub