Hidroksixlorokin dərmanının COVID-19-a qarşı TƏSİRSİZ olduğu aşkarlanıb
15.02.2021 14:32

Son tədqiqatlar hidroksixlorokin dərmanının COVID-19 xəstəliyinə qarşı təsirsiz olduğunu üzə çıxarıb.

 

Aztibb.az xəbər verir ki, bu qənaətə Çin, Braziliya, İspaniya, Tayvan, Böyük Britaniya, Şimali Amerika, Misir və İrandan olan bir qrup alimin apardıqları tədqiqatlar nəticəsində gəlinib.

 

Onlar qeyd ediblər ki, öz xüsusiyyətlərinə görə hidroksixlorokin xəstəliyin müalicəsinə və koronavirus infeksiyasından ölüm dərəcəsinə təsir edə bilməz.

 

Hidroksiklorokin və xlorokinin COVID-19-dan müalicə edib-etmədiyini dəqiqləşdirmək üçün onların üzərində ümumilikdə 14 tədqiqat aparılıb.

 

Sözügedən tədqiqatların bəzilərini dərmanı istehsalı ilə məşğul olan əczaçılıq şirkətləri maliyyələşdirib.

 

Analizlər SARS-CoV-2 koronavirus infeksiyasının müalicəsində hidroksixlorokin və xlorokinin istifadəsinin əsassız olduğunu üzə çıxarıb.

 

"Bu dərmanları qəbul edən xəstələr özlərini daha yaxşı hiss etmirlər və yaxud da onlar tənəffüs cihazına bağlanması lazım gələn xəstələrin sayını azaltmağa qadir deyillər", - deyə tədqiqatçılar bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub