Çin Azərbaycana pulsuz 10 min doza vaksin göndərəcək
15.02.2021 11:52

Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Yeni Azərbaycan Partiyasına (YAP) 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.

 

Aztibb.az xəbər verir ki, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib. ÇKP MK-nın nümayəndəsi qeyd etmişdir ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçmişdir. Azərbaycanın strateji tərəfdaşı kimi qəbul edilən Çin Xalq Respublikası ölkəmizin ərazi bütövlüyü prinsipini hər zaman bütün səviyyələrdə müdafiə edib. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da əlaqələrin yaranmasına və dinamik inkişafına münbit şərait yaradıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub