Babasil şişlərinin zəli ilə MÜALİCƏSİ 
15.02.2021 09:52

"Bəzən sıradan görünən problemlər insanların həyat keyfiyyətini çox aşağı salır, məsələn, babasil xəstəliyinin ağırlaşması kimi. Babasil zamanı anal dəliyin ətrafında venoz düyünlər şişir və düzgün müalicə almadıqda proses 10 illərlə davam edə bilir. Hər gün xəstəni incidir, nəinki öz-özünə keçib getmir, əksinə ildən-ilə ağırlaşır".

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə etdiyi paylaşımda bildirib.
 

O, bildirib ki, şişmiş babasil düyünlərinin müalicəsi üçün zəlidən istifadə olunur, əvvəlcə xəstə yaxşı-yaxşı yuyunur və şişmiş babasilin üstünə 3 və ya 4 ədəd zəli qoyulur. Hər 3-4 gündən bir bu prosedur təkrar edilir, beləcə hər bir xəstəyə 9-12 ədəd zəli qoyulur. Birinci prosedurdan sonra ağrılar azalır, sonda isə ağrı tamamilə keçir.

 

Həkim-fitoterapevtin sözlərinə görə, əlavə olaraq babasil zamanı qəbizlikdən qorunmaq lazımdır, bunun üçün 200 qram təbii kənd südündən hazırlanılmış kefirin içinə 2 çay qaşığı zəyərək tozu qarışdırıb, gündə 2 dəfə yeyə bilərsiniz. Başqa bir vasitə kimi 1 ədəd badımcanın yaşıl hissəsini 1 stəkan suda 15 dəqiqə dəmləyib yeməkdən əvvəl 1 stəkan içmək lazımdır, bunu gündə 2 dəfə səhər və axşam edə bilərsiniz, müalicə müddəti 2 həftədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama