Alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün növbəti dəfə tədqiqat aparıblar
15.02.2021 09:06

Koronavirusa tutulmuş xəstələrin çoxunun orqanizmində SARS-CoV-2 virusunun çıxıntılı zülalına meylli neytrallaşdırıcı anticisimlər əmələ gəlir. Onlar gələcəkdə infeksiyalardan müdafiəni təmin edəcəklər.

 

Aztibb.az “PLOS Pathogens” jurnalında dərc olunan araşdırmaların nəticələrinə istinadla xəbər verir ki, alimlər koronavirusun qarşısının alınması və müalicəsi üçün anticisimlərlə uyğunlaşdırılmış tədqiqatlar aparıblar. Məlum olub ki, insanların böyük əksəriyyətində neytrallaşdırıcı anticisimlər orta və ağır xəstəliklər zamanı yaranır. Bu anticisimlər, virusla insan hüceyrələrini yoluxdurmaq üçün istifadə olunan SARS-CoV-2 adlanan çıxıntılı zülalın reseptoruna yönəldilir.

 

Təl-Əviv Universitetinin alimlərinin söylədiklərinə görə, bu cür neytrallaşdırıcı anticisimlər xəstələrin sağalma prosesində aşkarlanıb. Belə xəstələrin bəzilərində, bir qayda olaraq, davamlı və uzunmüddətli immunitet yaranır, digərlərində isə, neytrallaşdırıcı anticisimlərin zəifləməsi müşahidə olunur.

 

Alimlər öz işlərində müqayisə etmək üçün COVID-19-un ağır formasına yoluxmuş 8 nəfər xəstədə B hüceyrələrinin və bu xəstəliyin yüngül simptomları müşahidə olunan 10 nəfər xəstədə isə, yoluxmadan yarım ay sonra molekulyar və bioinformatik metodlardan istifadə ediblər. İmmun sisteminin B-hüceyrələrindən əmələ gələn antigen-spesifik immunoglobulini invaziv patogenlərə təsir edir. Tədqiqatın göstərildiyi kimi, koronovirusun ağır formasından sonra xəstələrdə xüsusi anticisimlərin daha yüksək konsentrasiyası və B-hüceyrələrinin yüksək göstəriciləri müşahidə olunub. “Thehindubusinessline.com.” saytının yazdığına görə, məhz bu səbəbdən də onlarda təkrar yoluxmaya qarşı etibarlı və uzunmüddətli müdafiəyə əmələ gəlir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub