Rusiya, Gürcüstan və Ermənistanda koronavirusla bağlı son vəziyyət
14.02.2021 12:34

Rusiyada son sutka ərzində daha 14 185 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Rusiya Operativ Qərargahının məlumatına görə, ölkədə COVID-19-a yoluxanların sayı 4 071 883  nəfərə çatıb.

 

Son sutka ərzində 430 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 80 126  nəfərə çatıb.

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  357 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 265 557, ölənlərin sayı isə 3 352 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 258 093 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutkada 145 nəfərdə yeni növ koronavirusa (COVID-19) yoluxma halı qeydə alınıb.

 

"Sputnik Armenia"nın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

 

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 167-yə çatıb.

 

Son sutka ərzində koronavirusdan daha 1 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3141-ə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub